Azərbaycan musiqisi Amerikada

 

 

İfaçılarımız “Carnegie Hallda çıxış ediblər

 

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən görkəmli bəstəkar Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş “Florida keys” beynəlxalq musiqi yarışması keçirilib.

Müsabiqədə ölkəmiz də uğurla təmsil olunub.

Müsabiqədə kiçik yaş qrupunda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Fortepiano şöbəsinin V sinif şagirdi Münəvvər Alıyeva parlaq çıxışı ilə fərqlənərək münsiflər heyətinin qərarı ilə birinci yerə, məktəbin məzunu, Prezident təqaüdçüsü Cavid Yusifzadə isə professional yaş qrupunda birinci yerə və münsiflər heyətinin qərarı ilə “Amerika bəstəkarı əsərinin ən yaxşı ifaçısı”  adına layiq görülüb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11 illik Musiqi məktəbinin vokal ixtisası üzrə X sinif şagirdi Məhəmməd Məmmədov və “Renesansxoru da öz nominasiyaları üzrə birinci yerə layiq görülüblər.

Qaliblərin mükafatlandırma mərasimi və qala-konsert noyabrın 17-də “Carnegie Hallda baş tutub. Müsabiqənin laureatları Vyana şəhərində ustad dərslərində və “Mozart’s Houseda konsertdə iştirak etmək imkanı əldə ediblər.

Müsabiqənin təşkilatçısı Azərbaycan fortepiano məktəbinin tanınmış nümayəndəsi və təbliğatçısı, Cövdət Hacıyevin qızı Pərvin Muradovadır. O, Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun köməyi ilə gerçəkləşib.

Müsabiqənin məqsədi Azərbaycanın musiqi mədəniyyətinin təbliği, gənc istedadların üzə çıxarılması və tanıdılmasıdır. Bu da onlara Nyu-Yorkun məşhur “Carnegie Hallun səhnəsində çıxış etməyə imkan yaradır.

Müsabiqəyə bu ilin əvvəlində start verilib, ifaçılar iştirak üçün öz çıxışlarını onlayn təqdim ediblər. Ümumilikdə müsabiqəyə 15 ölkədən və ABŞ-ın 5 ştatından 70-ə yaxın iştirakçı qatılıb. 5-23 yaş arası iştirakçılar fortepianosimli alətlər, 5-32 yaş arası iştirakçılar ansamblvokal nominasiyaları üzrə yarışıblar.

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.8.