Mehdi Hüseynzadənin yubileyinə həsr olunmuş kitab

 

 

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – xalqımızın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə hazırlanmış “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı işıq üzü görüb.

Mərkəzdən bildirilib ki, II Dünya müharibəsi dövründə keçmiş Yuqoslaviyaİtaliya partizan dəstələrinin tərkibində nasist Almaniyasına qarşı döyüşmüş qəhrəmanın rəşadətli ömür yolundan bəhs edən əsərin müəllifi – tanınmış Sloveniya yazıçısı Peter Amaliettidir.

Kitab igid partizanın tarixi qəhrəmanlıqlarının şahidi olmuş sloveniyalıların dili ilə söylənən xatirələr, sənədli mətn və materiallar əsasında tərtib edilib.

Əsəri Azərbaycan dilinə Fərhad Abdullayev tərcümə edib.

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.6.