Gürcüstanın teatr xadimləri Sumqayıt teatrında

 

 

 

Sumqayıt Dövlət Dram Teatrı xarici ölkə teatrları  ilə təcrübə mübadiləsinə xüsusi önəm verir. Xəbər verdiyimiz kimi, Kutaisi Dövlət Peşəkar Dram və Sumqayıt Dövlət Dram teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb.

Gürcüstan Respublikası Teatr Xadimləri Cəmiyyətinin sədri, Gürcüstan mədəniyyət nazirinin müşaviri Georgi GeqoçkoriLado Mesxişvili adına  Kutaisi Dövlət Peşəkar Dram Teatrının  bədii rəhbəri Konstantin Abaşidze Sumqayıt teatrının direktoru Mübariz Həmidovla görüşdükdən sonra  truppa üzvləri  və sənət ocağındakı şəraitlə tanış olublar.

Memorandum iki teatrın ildə bir dəfə qarşılıqlı qastrol səfərləri, ümumi yaradıcılıq layihələrinin gerçəkləşdirilməsi, rejissor mübadiləsi və müştərək tamaşaların hazırlanması nəzərdə tutulur.

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.3.