Milli Kitabxanada yubiley sərgiləri

 

 

 

Noyabrın 21-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, ssenaristpublisist, ictimai xadim, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İmran Qasımovun anadan olmasının 100 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə yazıçının müəllifi olduğu və haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Kitabxanada həmçinin Azərbaycanın kino sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyi münasibətilə kitab sərgisi açılıb. Sərgidə rəngarəng obrazların mahir ifaçısı kimi tanınan unudulmaz aktyorun həyat və yaradıcılığı haqqında kitablar, dövri mətbuat materialları təqdim olunur.

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.7.