Ekspo 2025 Dünya Sərgisi Yaponiyada keçiriləcək

 

Noyabrın 23-də Parisdə Beynəlxalq Sərgilər Bürosu Baş Assambleyasının 164-cü sessiyasında 2025-ci il Ekspo Dünya Sərgisinin ev sahibinin müəyyən edilməsi üçün yekun səsvermə keçirilib.

Həlledici mərhələdə Azərbaycanın paytaxtı Bakı, Yaponiyanın Osaka və Rusiyanın Yekaterinburq şəhərləri yarışıb. 150-dən çox ölkənin qatıldığı ilk tur səsvermədə iddiaçı şəhərlərdən heç biri tələb olunan üçdə iki çoxluğu qazana bilməyib. İkinci tura OsakaYekaterinburq keçib. Səsvermə nəticəsində Osaka 92 səslə qalib gəlib. Beləliklə, 2025-ci ildə dünyanın ən böyük sərgisini Yaponiyanın üçüncü böyük şəhəri Xonsyu adasındakı Osaka qəbul edəcək.

Bakı şəhərinin namizədliyi üzrə İşçi qrupun sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov səsvermədən sonra deyib: Osakanı təbrik edirik və 2025-ci ildə ona uğurlar arzulayırıq. Keçirdiyimiz möhtəşəm kampaniyaya və belə güclü namizədlərlə mübarizə apardığımıza görə qürur duyuruq. Bakı şəhərinin namizədlik kampaniyası Azərbaycan üçün çox faydalı təcrübə oldu. Son on səkkiz ay ərzində ölkəmiz və paytaxtımız Bakı, eləcə də Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında məlumatları dünya ilə bölüşə bildik. Dünya Azərbaycanı daha yaxından tanıdı.

Qeyd edək ki, əsas Ekspo Dünya Sərgisi beş ildən bir keçirilir. 2015-ci ildə Milanda keçirilmişdi, 2020-ci ildə bu sərgiyə Dubay ev sahibliyi edəcək. Bundan əlavə, ayrı-ayrı illərdə tematik və qısamüddətli Ekspo sərgiləri (2016 Antalya, 2017 Astanas.) təşkil edilir.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.8.