Təbrizdən mükafatla, Həmədandan diplomla

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov İranın Təbriz şəhərində keçirilən Əlif beynəlxalq teatr festivalında Ən yaxşı kişi rolu nominasiyasında birinci olub.

Aktyor festivalda Dəlinin qeydləri monotamaşasında çıxış edib. Dəlinin qeydləri gələn il fevral ayında İranda keçiriləcək növbəti Fəcr Beynəlxalq Festivalına dəvət alıb.

* * *

Lənkəran Dövlət Dram Teatrı isə noyabrın 20-dən 25-dək İranın Həmədan şəhərində keçirilən 25-ci Beynəlxalq Uşaq Gənclər Teatr Festivalında iştirak edib.

Kollektiv festivalda şair, yazıçı Əjdər Olun Meşəbəyinin dostları musiqili nağıl-tamaşasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Festivalın bağlanış mərasimində Lənkəran teatrının truppası diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.2.