Mikayıl Müşfiqə həsr olunmuş ədəbi-bədii gecə

   

 

 

Saatlı rayon Mərkəzi kitabxanası rayon Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının unudulmaz simalarından biri, şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib.

Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri, Tibb kollecinin, Texniki peşə liseyinin tələbələri, ziyalılar, fəal oxucular iştirak ediblər.

Gecədə rayon İcra Hakimiyyətinin məsul işçisi Mehriban Ağayeva, Sabirabad Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Telman Əzimov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sakit Bağırov, Mədəniyyət mərkəzinin direktoru Bəylər Əliyev və digərləri çıxış ediblər. Uşaq musiqi məktəbinin kollektivinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.4.