Xırdalanlı şagirdin nailiyyəti

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi 10 yaşlı Nuray Mehdiyeva (müəllim – Arzu Manafova) 21-24 noyabr tarixində Tbilisidə keçirilən gənc pianoçuların beynəlxalq müsabiqəsində uğur qazanıb.

3 yaş qrupu üzrə keçirilən müsabiqənin I yaş qrupunda çıxış edən Nuray Mehdiyevanın ifası Rusiya, Amerika, İsrail, LitvaGürcüstandan olan münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, II dərəcəli diploma layiq görülüb.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.5.