Ölməz musiqilər tələbə və şagirdlərin ifasında

 

 

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə həyata keçirilən “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert təqdim edilib.

Konsertdən öncə ADMİU-nun Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Qaralova çıxış edərək Qara Qarayevin yaradıcılığından söhbət açıb. Sonra bəstəkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

Konsertdə tələbələrin ifasında Qara Qarayevin əsərləri səsləndirilib.

Moskvadakı Qara Qarayev adına Uşaq musiqi məktəbində isə  bəstəkarın 100 illiyinə həsr olunmuş festival keçirilib.

Festivalda Moskvanın bir sıra musiqi məktəblərinin şagirdləri Qara Qarayevin əsərlərini məharətlə ifa ediblər. Festival böyük konsert proqramı ilə başa çatıb. Qaliblərə diplomlar və fəxri fərmanlar təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.5.