Bakıda növbəti caz festivalı keçiriləcək

 

 

 

Oktyabrın 14-dən 28-dək ənənəvi Bakı Caz Festivalı (Baku Jazz Festival 2018) keçiriləcək. Azərbaycan Mədəniyyət Nazirliyinin və “Caz dünyası” jurnalının dəstəyi ilə təşkil edilən festivalın ustad dərsləri, cem-seyşnlər, gənc ifaçıların müsabiqəsi, art-sərgilər və əlbəttə, şəhərin müxtəlif musiqi məkanlarında möhtəşəm konsertlərdən ibarət zəngin proqramı var.

Baku Jazz Festival 2018” – 14 parlaq gün, caz musiqisi ustalarının peşəkar konsertləri həm səriştəli intellektual tamaşaçılar, həm də dinamik musiqi həvəskarları üçün əsl mənəvi qida olacaq.

Festival oktyabrın 14-də “Elektra Events Hall” məkanında soul musiqifank ustası Omar Lye-Fukun solo konserti ilə başlanacaq. Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində xaricdə yaşayan məşhur bakılılar – populyar pianoçu Leonid Ptaşkavirtuoz gitaraçı Həsən Bağırov çıxış edəcək. “Rotunda Jazz Club (Landmark)” səhnəsində 14 ölkədən gəlmiş qruplar cazın müxtəlif janrlarında öz ustalıqlarını nümayiş etdirəcəklər.

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.2.