Yubilyar aşıq təltif olunub

 

 

 

Ağstafa rayonunda Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi, aşıq yaradıcılığı və dastan ədəbiyyatının təbliği və təşviqində uzunmüddətli fəaliyyət göstərən Əməkdar mədəniyyət işçisi Əlixan Niftalıyevin anadan olmasının 75 illiyi qeyd olunub.

Xalq yaradıcılığı sahəsində xidmətlərinə görə, habelə 75 illik yubileyi münasibətilə aşıq Əlixan Niftalıyev Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

Təltifetmə mərasimi aşığın səhhətində olan problem ilə əlaqədar onun yaşadığı evdə keçirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev fəxri fərmanı yubilyara təqdim edib. Rayon aşıqları Əlixan Niftalıyevin repertuarından bir neçə mahnı ifa ediblər.

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.6.