Mirvari ulduz”danArzular”adək

 

 

 

 

Monteneqronun Podqoritsa şəhərində keçirilmişOda to Life” incəsənət festivalında ölkəmizi Əməkdar rəssam Mehriban Əfəndi təmsil edib. Rəssam özünün 5 əsəri (“Mirvari ulduz”, “İmpressiya”, “Buta”, “Sülhə aparan yolArzular”) ilə bu tədbirə qoşulub.

Ənənəvi festivala 20-dən çox ölkədən sənət adamları qatılıb. İncəsənətin müxtəlif sahələrini təmsil edən çoxsaylı qonaqlar festivalı xalqları birləşdirən bayrama çeviriblər.

Qeyd edək ki, Mehriban Əfəndinin “Mirvari ulduz” əsərinin orijinalı geniş tamaşaçı kütləsinə ilk dəfə məhz bu festivalda təqdim edilib. Əsər ilk dəfə 2012-ci ildə Brodveydə “Art Takes times Squire” təşkilatı tərəfindən nümayiş etdirilib.

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.8.