qara Moskvaya festivala gedir

 

Moskvanın S.V.Obraztsov adına teatrı 88-ci mövsümü mühüm hadisə ilə açmağa hazırlaşır. Oktyabrın 5-dən 14-dək burada IX Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.

V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının direktoru İrina Korçevnikovanın sözlərinə görə, bu dəfə festival Müstəqil Dövlətlər Birliyi Mədəniyyət ilinə həsr olunur.

Festivalda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi qara tamaşası ilə çıxış edəcək. Tamaşanın rejissoru Kamran Şahmərdan, rəssamı Rusiyanın Qızıl Maska milli mükafatının qalibi Tatyana Melnikovadır. Tamaşalar V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının Kamera, Böyük Kiçik səhnələrində göstəriləcək. qara tamaşası oktyabrın 7-də teatrın Böyük zalında nümayiş olunacaq.

Festivalda eyni zamanda 7 ölkədən 17 teatr kollektivinin iştirakı gözlənilir. Festival çərçivəsində dəyirmi masalar ustad dərsləri keçiriləcək.

 

Mehparə SULTANOVA

Moskva

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.8.