Musiqili Teatrın solisti TÜRKSOY-un mükafatına layiq görülüb

 

Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərindəki tarixi Bellapais monastırında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un 25 illiyinə həsr olunmuş Opera günləri keçirilib.

TÜRKSOY-un ənənəvi layihəsinə türk dünyasının tanınmış opera ulduzları qatılıb. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Eleonora Mustafayeva təmsil edib. Konsertdə iştirakçılar klassik əsərlər və mənsub olduğu xalqın milli operalarından nümunələr təqdim ediblər.

Həmyerlimiz qırğızıstanlı konsertmeyster Yulia Babiçin müşayiəti ilə Sevgilim, Əziz Surət, Tu, ca nun chiagne əsərlərini, La Gioconda operasından Giocondanın ariyasını ifa edib.

Sonda Eleonora Mustafayeva və digər iştirakçılar TÜRKSOY tərəfindən mükafatlandırılıb.

 

Mədəniyyət.- 2018.- 10 oktybar.- S.2.