Aprel şəhidinin anadan olmasının 25 illiyi münasibətilə xatirə tədbiri

  

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə Poeziya evində 2016-cı il Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun anadan olmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə şeirlər, vətənpərvərlik ruhlu mahnılar səslənib. Şəhidin anası Ceyran Axundova oğlu Əbdülməcid Axundovla bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçıları və iştirakçılarına göstərdikləri diqqətə görə təşəkkürünü bildirib.

Tədbirdə Əbdülməcid Axundovun şəxsi əşyaları, fotoları, xalça və rəsm əsəri, haqqında yazılan kitabdövri mətbuat materialları nümayiş olunub.

 

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.2.