Dünyanı heyrətə gətirən 10 səs

 

 

Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib

 

Oktyabrın 10-da Rusiyanın məşhur “Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib. Anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Musiqi qrupu repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib.

Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına və qeyri-adi xarizmaya sahib ifaçılardan ibarət “Turetski xorudebütünü 1990-cı ildə edib. Qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir – qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif janrlarda ifa edir.

Turetski xoru”nun repertuarında 10-dan çox dildə kompozisiyalar yer alıb. Bu qrupu populyarlıq rekordçusu adlandıranlar da var, çünki dünyanın onlarla ölkəsində 6 min dəfədən çox səhnəyə çıxıb.

Təkcə bu ilin mayında qrup 10 gün ərzində 7 ölkənin müxtəlif şəhərlərində - Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York Minskdə konsertlər verib. “Turetski xoru”nun 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyiQələbə mahnılarıadlı konsert proqramına rekord sayda auditoriya – 150 min tamaşaçı toplayıb. Kollektivin özünəməxsus xüsusiyyətlərindən biri istənilən auditoriyanı oxuda bilmək bacarığıdır.

Fərqli dillərdə hitlər səsləndirənTuretski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi olub: qrup doğma dilimizdə Müslüm Maqomayevin məşhurAzərbaycanmahnısını ifa edib.

Konsertdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏliyevaTuretski xoru”nun kollektivi ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

* * *

Qeyd edək ki, noyabrın 30-da Heydər Əliyev Mərkəzində Mixail Turetskinin başqa bir musiqi layihəsinin –”Soprano” art qrupunun konserti keçiriləcək. Kollektiv Bakıda tamaşaçılara rəngarəng proqram təqdim edəcək.

“Soprano” Mixail Turetskinin unikal vokal layihəsidirqadın səslərinin toplusudur. Art qrupda təbiətdə mövcud olan səslərin bütün fərqlilik zənginliklərinəən yüksəkdən (koloratur soprano) tutmuş ən aşağı (metso) tembrədək rast gəlmək mümkündür. Kollektivin repertuarına müxtəlif janrlarda əsərlərklassika, pop, rok, folklor, caz daxildir.

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.3.