İtaliya Prezident Sarayında Azərbaycan musiqilərindən ibarət konsert

 

İtaliya Respublikası Prezidentinin Kuirinale Sarayının (Palazzo del Quirinale) Kapella Paolina zalında hər həftənin bazar günləri keçirilən, Rai Radio 3 ictimai radiosu ilə canlı yayımlanan konsertlərin 14 oktyabr buraxılışı Azərbaycan musiqisinə həsr olunacaq.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi muğamın UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan italyan musiqiçilərdən ibarət Belcan-Tar ansamblının ifasında Azərbaycan klassik musiqi nümunələri Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə Qarabağ ansamblının ifasında Azərbaycan muğamları xalq mahnıları səslənəcək.

Eyni konsert proqramı 12 oktyabr tarixində İtaliyanın Abruzzo Regional Şurasının binası olan Emiçilo Sarayında (Palazzo dellEmicilio) da təqdim olunacaq.

Hər iki konsert haqqında İtaliya Respublikası PrezidentininAbruzzo Regional Şurasının internet səhifələrində məlumatlar yerləşdirilib.

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.3.