Hərbçilər Füzuli teatrının qonağı olublar

 

Müdafiə Nazirliyinin nümayəndələri N saylı hərbi hissənin şəxsi heyəti ilə birlikdə Füzuli Dövlət Dram Teatrının qonağı olub.

Yaradıcı heyət hərbçilərə Şıxəli Qurbanovun Özümüz bilərik komediyasını təqdim edib. Teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinovun quruluş verdiyi tamaşanın rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rolları Qaçaq Qarayev, Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Elşən Gözəlov və başqaları oynayıb.

Maraqla izlənilən tamaşadan sonra çıxış edən qonaqlar teatrın mütəmadi olaraq N saylı hərbi hissədəki çıxışlarını yüksək qiymətləndirib, teatr rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüş teatrın aktrisası İntizar Quliyevanın əsgərlərlə birgə ifa etdiyi Yaşa, Azərbaycan! mahnısı ilə sona çatıb.

 

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.7.