Antalyada konsert mövsümünü azərbaycanlı ifaçı açacaq

 

 

 

Antalyada konsert mövsümünü azərbaycanlı skripka ifaçısı, Əməkdar artist, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev açacaq.

Həmyerlimiz mövsümün açılış konsertində dirijor Rehqim Qekmenin rəhbərliyi altında Antalya simfonik orkestrinin müşayiəti ilə çıxış edəcək. O, səhnəni violonçel ifaçısı Dorukxan Dorukla bölüşəcək. Onlar birlikdə tanınmış almaniyalı bəstəkar İ.Bramsın bəstələrini ifa edəcəklər.

Qeyd edək ki, hər il Antalyada dünya ulduzlarının iştirakı ilə konsert mövsümü keçirilir.

 

 

Mədəniyyət.- 2018.- 17 oktyabr.- S.3.