Şagirdlərimizin növbəti uğuru

 

 

 

Litvanın paytaxtı Vilnüsdə keçirilən (10-14 oktyabr) ənənəvi “World Harmony” beynəlxalq müsabiqəsində ölkəmizi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Zakir Allahverdili  (qoboy) və Nuray Seyid (violin) təmsil edib.

Müsabiqənin açılış mərasimində Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşı Samir Musayev çıxış edərək gənclərimizə uğurlar arzulayıb.

Müsabiqənin beynəlxalq münsiflər heyətində Əməkdar artist Əziz Qarayusifli və Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyeva da  təmsil olunub.

Azərbaycan, Çin, Gürcüstan, LatviyaLitvadan 46 iştirakçı fortepiano, vokal, simli və nəfəs alətləri nominasiyalarında bacarıqlarını göstəriblər.

Münsiflər heyətinin qərarı ilə Zakir Allahverdili nəfəsli alətlər nominasiyasında Qran-pri mükafatına, Nuray Seyid isə simli alətlər nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.

Təşkilat komitəsi tərəfindən Z.Allahverdilinin 2019-cu ildə Antalya şəhərində keçiriləcək beynəlxalq musiqi müsabiqəsində iştirakı üçün qrant ayrılıb.

 

Mədəniyyət.- 2018.- 17 oktyabr.- S.3.