“Varlı qadın” Osetiya səhnəsində

 

 

Rusiya Federasiyasının Şimali Osetiya Dövlət Akademik Teatrında dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Varlı qadın” komediyası tamaşaya qoyulacaq. Komediyanı osetin dilinə Robert Bitayev tərcümə edib.

“Varlı qadın” komediyası 1999-cu ildə ilk dəfə mərhum rejissor Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında, sonralar Akademik Milli Dram Teatrında, eləcə də ölkənin əksər dövlət teatrlarında, 2008-ci ildən isə Rusiya, UkraynaOrta Asiya respublikalarının teatrlarında səhnə həyatı yaşayıb.

 

Mədəniyyət.- 2018.- 17 oktyabr.- S.7.