Ulduz çoxluğu qədər təklik

 

Şair, publisist, folklorşünas Elxan Yurdoğlunun yeni şeirlər kitabı belə adlanır. Naxçıvanda Əcəmi nəşriyyatında çap olunan nəşrin redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Hüseyn Bağıroğludur.

Kitabda bədii nümunələr Şeir-şeir yazdım bu şəhəri, Hər adam bir tənha yoldur, Duyğularım çərpələng bölmələri üzrə təqdim olunur. Müəllif kitabın əvvəlində oxuculara müraciətlə yazır: ...Şeirlərimdə başqalarını yox, özünüzü axtarın. Yazdıqlarımın hər birini mənə siz özünüz danışmısız. Bəzən gözyaşınız pıçıldayıb, bəzən kədərli gülüşünüz. İndi də mən pıçıldadıqlarınızla sizin görüşünüzə gəlmişəm. Şeirlərimdə özünü tapanlardan bir xahişim var. Bu şeirləri pıçıltı ilə oxuyun. Qoy mənə danışdıqlarınızı sizdən başqası bilməsin.

 

Mədəniyyət.- 2018.- 17 oktyabr.- S.6.