Rok musiqisinin məşhur hitləri simfonik orkestrin təqdimatında

 

 

Oktyabrın 13-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi bəstəkar İqor Ponomarenkonun rəhbərlik etdiyi simfonik orkestrin ifasında “Rock Hits Show” (“Rok hitlər şousu”) adlı konsert proqramı təqdim edilib.

Konsertdə dünya rok musiqisinin məşhur hitləri, bir-birindən maraqlı kompozisiyalar səsləndirilib.

Qeyd edək ki, bir sıra əsərləri, xüsusilə də “Xanım və kəndli qadın” və “Kaştanka ehtirasları” müziklləri bəstəkar və dirijor İqor Ponomarenkoya şöhrət gətirib. O, həmçinin “Ma.Qr.İq.Al” və “Terem-kvartetmusiqi kollektivlərinin yaradıcısıdır. İqor Ponomarenko Rusiyadadünyada böyük populyarlıq qazanmış Sankt-Peterburq “İP ORCHESTRA” simfonik orkestrinin əsasını qoyub.

 

Mədəniyyət.- 2018.- 17 oktyabr.- S.8.