Füzuli teatrı “Vəzirsiz saray”ı qəsəbələrdə göstərir

 

 

 

Füzuli Dövlət Dram Teatrı oktyabrın 17-dən rayonun yeni yaşayış məntəqələrində - Qayıdış qəsəbələrində “Vəzirsiz saray” tamaşasının nümayişinə başlayıb. Tamaşa öncə 1 nömrəli Qayıdış qəsəbəsində orta məktəb kollektivi qarşısında təqdim olunub.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisiquruluşu əsasında hazırlanan “Vəzirsiz saray” tamaşasının quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda İntizar Quliyeva, Nicat Süleymanov, Sevinc Məmmədova, Sehran Xanlarov, Əli Hüseynov, Elşən Gözəlov və başqaları çıxış edir.

Teatrın qəsəbələrə səfəri oktyabrın 25-dək davam edəcək.

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.7.