“Mənim çiçəkli palitram

 

 

 

Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən şəhərdəki Gənclər evində Aysun Ağamalıyevanın “Mənim çiçəkli palitram” adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olunub.

Sərgidə 13 yaşlı istedadın sulu boyaquaşla kağız üzərində işlənmiş 30 rəsmi nümayiş etdirilib.

Tamaşaçılar Şirvan şəhər Uşaq musiqi məktəbi şagirdlərinin violində ifa etdiyi lirik musiqi əsərlərinin müşayiəti ilə sərgilənən rəsmlərlə tanış olublar.

Səkkizinci sinifdə təhsil alan Aysun Ağamalıyeva Şirvan Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən rəsm dərnəyinin üzvüdür. Dərnək rəhbəri Çinarə Vəliyevanın fikrincə, gələcəkdə yaxşı rəssam olmaq üçün Aysunda potensial istedad var. Nümayiş olunan rəsmlər də bunu sübut edir.

Yeniyetmə rəssama qalereyanın fəxri fərmanı təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.4.