Fədakar sənətçi haqqında düşüncələr

 

Sənətinin ustası olan insan çox ola bilər. Sənətkarlıq və insanlıq keyfiyyətləri bir-birini tamamlayıb dolğunlaşanda isə örnək götürüləcək şəxsiyyət böyük sənətkar əbədiləşir. Qəhrəmanım gözəl insani keyfiyyətləri ilə səciyyələnən, sevilərək, fərəh dolu kədərlə xatırlanan, XX əsrin 60-90-cı illərində seçdiyi yaradıcılıq yollarını ustalıqla uzlaşdırıb, fədakarlığı ilə rəğbət qazanmış, güclü bas-bariton səsli müğənni, rəssam, müəllim, aktyor Əli Haqverdiyevdir.

Tanınmış rəssamlar Həsən HaqverdiyevGüllü Mustafayevanın ailəsində dünyaya göz açıb rənglərin əhatəsində böyüməsi onda iti müşahidə, yüksək zövq, geniş fantaziya məharəti, incəsənətə, musiqiyə sevgi isə incə duyum, həssas qəlb formalaşdırır. Uşaqlığının müharibə illərinə təsadüf etməsi, cəbhədə olan atasından uzaq, evin ilki kimi keçirdiyi çətin illər ona məsuliyyət, mübarizlik, mətinlik kimi keyfiyyətləri aşılayır. 1939-cu ildə Bakıda dünyaya göz açan Əlinin uşaqlığı İçərişəhərin dar küçələri arasında geniş erudisiyalı ziyalı ailələrinin və onların maarifpərvər yaradıcı atmosferində formalaşır...

Erkən yaşlarından nənəsi Sara xanımın himayəsində qalmasını, şəkil çəkməyə ilk maraqsevgisinin də elə nənəsinin oyatmasını Əli öz xatirələrində qeyd edir. Bu sevgi onu 16 yaşında Rəssamlıq Texnikumuna gətirir. İlk rəsmləri jurnal və qəzetlərdə çap olunur. Uşaqlıq oyunlarına çevrilmiş kiçik məhəllə konsertlərindən sezilən çılğın sərbəstliyi, aktyorluq qabiliyyəti, səhnəyə olan yanğısı yetkinlik illərində səsi cilalanaraq bəmləşdikdən sonra Əli üçün yeni hüdudlar açır. Onun musiqiyə marağı da diqqətdən kənar qalmır. Gənc Əlinin musiqi istedadı, səmimi ifa tərzi və təbiətən güclü səsi tədbirlərin birində Musiqi Texnikumunun direktoru, bəstəkar Midhət Əhmədovu cəlb edironun dəstəyi ilə imtahansız, 1958-ci ildən Rəssamlıq Texnikumu ilə paralel Musiqi Texnikumunun vokal sinfinə də qəbul olunur. Müəllimi A.Milovanovun sayəsində vokal oxuma texnikasının əsasları ilə yanaşı, obraza yanaşmaaktyorluq vərdişlərinə yiyələnir. 1961-ci ildən, qəbul imtahanında Bülbülün müsbət rəyini qazanaraq daxil olduğu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal sinfində Ş.Məmmədova, sonra Q.A.Tartakovdan aldığı mükəmməl təhsili ilə Ə.Haqverdiyev professional ifaçı kimi təkmilləşir.

* * *

Həmsöhbətim, Q.A.Tartakovun vokal sinfində Ə.Haqverdiyevin ifasını müşayiət və eyni zamanda diqqətlə müşahidə etmiş, o illərdə konservatoriyada çalışmış pianoçu (hazırda Almaniyada yaşayan) Yelena Perevertaylo xoş xatirələrində onun rus musiqisinə diqqət və sevgisinin ilk andan hiss olunduğunu vurğulayır:

- Bilmirəm, bəlkə də bu onun güclü bas diapazonlu səsi ilə bağlı idi ki, eyni ilə yüksək bas diapazonlu F.Şalyapin yaradıcılığını uca tutur, daha çox onu dinləyirdi. Ya da müəllimi Tartakovun rus musiqisini dərin bilməsi və bu sevgini Əliyə ötürməsi ilə bağlı idi bu səbəb. Hər halda rus musiqisini çox gözəl tələffüz və hissiyyatla ifa edirdi. O, fortepiano, orkestr və eləcə də digər səsləri həssaslıqla eşidir, duyur və səsində heç bir xələl yaratmadan ansamblda öz mövqeyini möhkəm tuta bilirdi. Mən heç zaman onun səsinin qırılmasını, tonal dəyişməsini və ya qeyri səsləri eşidib müşahidə etməmişəm. Onunsəsisankiustalıqlaköklənmiş birmusiqialətiidi. Çoxmükəmməl, həssas, harmonikeşitmə qabiliyyətivardı. Bireşitmə ilə notsuz, düzgünintonasiyavə harmoniyalarla özünü fortepianodamüşayiətedə bilirdi. Əlihərzamanaxtarışdaidi. Hərxırdadetalı bilməyə, öyrənməyə səygöstərirdi. İfa üçüntələbolunanmaterialı tezbirzamanda öyrənibdüzgünmənimsəyirdi. Hərzamansənətinitəqdimetmək üçünimkanlararayırdı. Səmimipublika, sənətə yüksəkdəyərverəndinləyicilərqarşısında, mədəniyyətxadimlərinin, rəssamlarıntədbirlərində uğurlu çıxışları onudahadahəvəsvə məsuliyyətlə çalışmağacəlbedirdi. Onunrepertuarındabütünbayramlarvə xüsusitəqvimgünlərini əhatə edəcəkgeniş proqramı vardı. İfasındahərbimahnılargüclü səsi, qədd-qaməti, ifavə səhnə manerası ilə çoxmöhtəşəmtəqdimolunurdu. Müəllimi ənmüxtəlififa üslublarını, müxtəlif ölkə və dövrlərinobrazlarınıninterpretasiyasını onadəqiqliklə göstərmişdi. Elə busəbəbdəndə Əlininmusiqimaraqdairəsihüdudsuzidi.

Konservatoriyadaoxuyarkən, 1962-ciildə ozamanAzərbaycanOperavə BaletTeatrınındirektoruolmuş maestroNiyazi Ə.Haqverdiyevinsəsinieşitdikdənsonraonunteatraqəbulolmasınaqərarverir. Tezliklə buradakollektivin, xüsusəndə baş rejissor ŞəmsiBədəlbəylininetibarını qazanan Əlitəhsiliilə yanaşı, teatrdahəvəslə işə başlayaraqbütünyaradıcılığını burayabağlayır. Ü.Hacıbəylinin Arşınmalalan operettasındaSoltanbəypartiyası ilə başlayandebütündənsonrarepertuarı Azərbaycan, rusvə Avropaoperalarındanaparıcı və epizodikrollarlagenişlənir. Leylivə MəcnundaNofəl, KoroğludaHəsənxan, M.Maqomayevin Şah İsmayılındaAslan şah, A.Borodinin Knyaz İqorundaQalitski, Ş.Qunonun FaustundaMefistofel, C.Puççininin ToskasındaSkarpia, C.Verdinin OtellosundaYaqo, RiqolettodaRiqoletto... Məhsuldarrepertuaramalikolsada, Əlininoperada ənböyükvə sevimlirollarındanbiriRiqolettoobrazı idi. O, professionalrəssamkimiobrazauyğun özünə qrimedirvə həttageyiminidə əsaslı şəkildə korrektə edirdi. OnunRiqolettosu əslmənadabəstəkarC.Verdivə əsərinmüəllifiV.Hüqonun (Kral əylənir) düşünübyaratdığı kimi - qozbel, axsaqvə başlanğıcdanartıqfaciəlifiquridi. Əlibütünlüklə burola özünü təslimedirdi. Butamaşadaonudəfələrlə izləmişəm... M.Maqomayevin Şah İsmayıl operası dabütündeyilənləritəsdiqləyir. Azərbaycanoperasənətiningözəlnümunəsiolanbutamaşabaritonsəslisolistlərinimkanlarınıngeniş təqdimatı üçün ənlayiqlivasitədir. Aslan şahobrazı ilə adı tarixə düşmüş A.Bünyadzadədənsonraonu özününmüəllimihesabetmiş Ə.Haqverdiyevinyanaşması dahatəkmil, dahadolğun, dahamöhtəşəmidi.

Onun solo konsert repertuarı da çox rəngarəng zəngin idi. Bütün sevilən tanınan, populyarlıq qazanmış italyan mahnıları Əlinin ifasında çox gözəl eşidilir zərif alınırdı. Hətta yaradıcılığının yüksəliş illərində o, tamaşaçıların tələbini nəzərə alıb, zövqünü tərbiyə etməkdən irəli gələn vətənpərvər təbliğat istəyi ilə bir çox mahnıları Azərbaycan dilinə tərcümə edərək ifa edirdi. Moskvada, Kiyevdə, Bakının müxtəlif konsert salonlarında özünün rəsm əsərlərinin nümayişi ilə keçirilmiş solo konsertləri çox böyük uğurla qarşılanırdı...

...Bir insan kimi Əli özünə qarşı tələbkar təvazökar idi. Qətiyyən xudbin, özündənrazılıq əlamətləri yox idi onda. Bir çox teatr artistlərinə, müğənnilərə xas olan başqalarını müzakirə, məzəmmət etmək ona yad idi. Şöhrətpərəstlikdən uzaq olduğundan, zəhmətinin müqabilində qazanc güdmədiyindən böyük insanlara xas sadəliyindən bəzən əziyyət çəkirdi. Bu cür zəngin yaradıcılığa, repertuara malik geniş erudisiyalı insan kiçik mənzildə yaşayırdı. bununla kifayətlənirdi. Ancaq yaratmaq, sənəti təbliğ edib sevdirmək, tamaşaçı zövqünün formalaşması, yüksəldilməsi üçün yaşayırdı....

* * *

Həmsöhbətimə maraqlı xatirələr üçün minnətdarlıq edib, düşünürəm... Bəli, yüksək amallarla yaşayan Ə.Haqverdiyev, həqiqətən , pərdəarxası həyat çətinliklərinə baxmayaraq, həyatsevər, insansevər idi. Teatrda fəaliyyəti, solo konsertləri, televiziya radioda müntəzəm çıxışları ilə yanaşı, 1981-ci ildən konservatoriyada vokal müəllimi kimi fəaliyyətə başlayır. Amma yalnız bunlarla bitmirdi onun enerjili, zəngin erudisiyalı yaradıcılığı. Müşahidə etdiyi insanları vaxt tapan kimi qələmi ilə ustalıqla qrafik obrazlara çevirirdi. Bakı qəzetinin səhifələrində tez-tez bu dostluq şarjları dərc edilirdi. Maraq dairəsi rəssamlığı, musiqi ilə tamamlanmırdı. Onun Azərbaycan filmlərində yaratdığı azsaylı epizodik obrazları da aktyorluq qabiliyyətini parlaq nümayiş etdirir. Elə Dədə Qorqud filmindəki obrazla tamaşaçısında özünə qarşı nifrət oyada bilməsi onun rolun öhdəsindən layiqincə gəldiyinə sübutdur. Teatr Xadimləri Rəssamlar ittifaqlarının üzvü Əli Haqverdiyevin müxtəlif yönlü məhsuldar yaradıcılığı isə yalnız 1991-ci ildə qiymətləndirilir respublikanın Əməkdar artisti fəxri adına layiq görülür. Onun incəsənətimizin inkişafında fədakar xidmətini bacısı musiqişünas, professor, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Əli Haqverdiyev adlı kitabında çox geniş maraqlı işıqlandırmışdır...

Görkəmli sənətkar Əli Haqverdiyevin 1992-ci ilin sentyabrında faciəvi şəkildə (dənizdə) dünyasını dəyişməsi, hələ qədər arzularını da özü ilə aparması çoxlarının kədərinə səbəb oldu. Saf məhəbbətlə çağlayan sənət fədaisi olan bu insan haqqında sevgi ilə danışmamaq qeyri-mümkündür. Çünki onun sənətkarlığı, yaradıcılığı elə sevgidən qaynaqlanan yüksək insani dəyərlərlə kamilləşmişdi. Kamil sənətkar isə heç zaman ölməz.

 

Sevinc İBRAHİMOVA

Musiqişünas

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.