Pakistanlı şair kitabını Milli Kitabxanaya hədiyyə edib

 

 

 

Oktyabrın 23-də pakistanlı şair Münəvvər Əhməd Azərbaycan Milli Kitabxanasında olub.

Qonaq kitabxananın direktoru Kərim Tahirov ilə görüşdə ölkəmizə bir neçə dəfə səfər etdiyini, əvvəlki gəlişi zamanı müəllifi olduğu uşaq şeirlərindən ibarət kitabı Milli Kitabxanaya hədiyyə etdiyini diqqətə çatdırıb. Deyib ki, bu dəfə Azərbaycan və urdu dillərində ortaq işlənən sözlərdən ibarət “Urdu Azerbaijani common heritage” (“Urdu-Azərbaycan ümumi mirası”) adlı yeni kitabını Milli Kitabxananın fonduna hədiyyə edəcək. Hər iki ölkə üzrə bu mövzuda kitab yazan ilk şəxs olduğunu bildirən müəllif onun bir nüsxəsini Milli Kitabxananın direktoruna təqdim edib. O, yaxın zamanda ingilis dilində çap olunması nəzərdə tutulan yeni kitabını da Milli Kitabxanaya hədiyyə edəcəyini deyib.

Kərim Tahirov Milli Kitabxana haqqında fotoalbom-kitabı və Bakının simvolu olan Qız qalası suvenirini qonağa hədiyyə edib.

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.3.