Yeddi gözəl” Moskvada nümayiş olunacaq

 

 

 

Qara Qarayevin 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli sərəncamına uyğun olaraq hazırlanmış Tədbirlər planına əsasən ölkəmizdə və xaricdə dahi bəstəkarın yubileyinə həsr olunmuş tədbirlər keçirilir.

Yubiley tədbirləri çərçivəsində Rusiya Federasiyası Mordoviya Respublikasının Dövlət Musiqili Teatrının təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Saransk şəhərində Qara QarayevinYeddi gözəl” baleti səhnələşdirilib. Tamaşanın premyerası 16 sentyabr 2018-ci il tarixində keçirilib. Baletsevərlərin marağına səbəb olan tamaşa gənc azərbaycanlı dirijor Orxan Həşimovun rəhbərliyi ilə Saransk tamaşaçılarına yenidən təqdim olunub.

Noyabrın 4-də isə Moskvada dünya şöhrətli balet ustası, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyiRus baleti” Dövlət Teatrının ifasında “Yeddi gözəl” nümayiş olunacaq. Tamaşanın yeni redaksiyasını görkəmli baletmeysterlər, xalq artistləri Rəfiqə AxundovaMaqsud Məmmədova məxsus quruluş əsasında Azərbaycanın Əməkdar artisti Vitali Axundov hazırlayıb.

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.3.