Uşaq kitab karvanı” İsmayıllıda

   

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə ənənəvi “Uşaq kitab karvanı” layihəsi keçirilir. Layihənin növbəti tədbiri İsmayıllı rayonunda təşkil edilib.

Kitabxanadan bildirilib ki, tədbirdə yazarlar Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı və Solmaz Amanova iştirak edib.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova layihə haqqında məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində məqsəd səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitabkitabxanaya yönəltməkdir.

Tədbirdə uşaqlar arasında müxtəlif viktorinalar keçirilib, qaliblər kitabjurnallarla mükafatlandırılıb.

İsmayıllı Uşaq kitabxanasına kitab karvanı ilə gətirilən nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq ədəbiyyatı, 14 adda metodik vəsait, “Göyqurşağı” və “Qaranquşuşaq jurnalları hədiyyə edilib.

Qeyd edək ki, ümumilikdə layihə çərçivəsində 26 rayon uşaq kitabxanasına 23 minə yaxın kitab hədiyyə olunub.

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.4.