“Azərbaycan ədəbiyyatının Məmməd Araz zirvəsi”

 

 

Kürdəmir rayon Mərkəzi kitabxanasında “Azərbaycan ədəbiyyatının Məmməd Araz zirvəsi” adlı tədbir keçirilib.

Xalq şairinin 85 illiyinə həsr olunmuş tədbirdə kitabxananın əməkdaşları Məhinə Şirəliyeva, Xalidə Məmmədova, Məryəm Əliyeva, Kəmalə Məmmədova, Köhnəbazar kənd orta məktəbinin müəllimi Yadigar Təvəkkül və başqaları çıxış edərək Məmməd Arazın həyat və yaradıcılığından, onun Azərbaycan poeziyasının inkişafında rolundan söhbət açıblar.

Məmməd Arazın sözlərinə yazılmış mahnılar və məktəbli oxucuların ifasında şairin şeirlərinin səsləndirilməsi  tədbirə daha gözəl ovqat qatıb.

MKS-nin direktoru İradə Mahmudova tədbirin iştirakçılarına və təşkilatçılarına  minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.5.