Bodrumda beynəlxalq musiqi və rəqs konqresi

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli Türkiyənin Bodrum şəhərində keçirilən IV Beynəlxalq Musiqi və Rəqs Konqresində iştirak edib.

Konqresdə Türkiyə və Azərbaycanla yanaşı, Bolqarıstan, Macarıstan və İrandan nümayəndələr iştirak ediblər.

Konqresdə Yavər Neymətli Bəstəkar Aqşin Əlizadənin violinorkestr üçün konsertinin xalq musiqisindən qaynaqlanan özəllikləri adlı məruzə ilə çıxış edib.

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.5.