Lənkəran teatrı beynəlxalq festivala dəvət alıb

 

 

 

Lənkəran Dövlət Dram Teatrı beynəlxalq teatr festivalına dəvət olunub. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, kollektiv yazıçı-publisist Əjdər OlunBiri vardı, biri yoxpyesi əsasında hazırlanmışMeşəbəyinin dostlarımusiqili nağıl-tamaşası ilə İranın Həmədan şəhərində keçiriləcək 25-ci Beynəlxalq Uşaq Gənclər Teatr Festivalında çıxış edəcək.

Dünyanın bir sıra teatr truppalarının qatılacağı festival noyabrın 20-dən 26-dək davam edəcək.

Tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Allahverən Babayev, Emin Fərzullayev, Səyad Əliyev, Rauf Zeynalov, Ülkər Quliyeva Nizami Qurbanov ifa edirlər.

 

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.5.