Etno hip-hop” - konsertə hər kəs dəvətlidir

 

 

Oktyabrın 26-da “YARAT” Müasir İncəsənət MərkəzindəEtno hip-hop” adlı konsert proqramı təqdim olunacaq.

Musiqili gecədə xalq mahnıları, klassik, etno-caz, hip-hop janrlarının sintezindən ibarət kompozisiyalar səslənəcək. Gənc musiqiçi, bəstəkar İsmayıl Zülfüqarov özünün yazdığı, eləcə məşhur klassik musiqiləri üç fərqli alətdə (tar, ud, gitara) ifa edəcək. Tədbirin iştirakçıları musiqi sahəsində göstərdiyi fəaliyyətlərə görə xüsusi adlara layiq görülən, prezident təqaüdçüləri bir çox müsabiqələrin qalibləri olan gənclərdir.

Konsertdə iştirak sərbəstdir.

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.7.