Bakı Caz Festivalı sona yaxınlaşır

 

 

 

Bakı Caz Festivalının oktyabrın 14-dən davam edən caz musiqisi həvəskarlarına unudulmaz zövq bəxş edən konsert proqramları sona yaxınlaşır.

Oktyabrın 23-də “Rotunda Jazz Club”da Türkiyədən gəlmiş duet – Can Cankaya (piano) Kağan Yıldız (kontrabas), habelə Macarıstanın “Kodaly Spicy Jazz” kvarteti çıxış edib.

Ertəsi gün eyni məkanda Belçikanın Martin Salemi triosunun konserti olub. Pianoçu M.Saleminin 2017-ci ildə yaratdığı trionun tərkibinə Fil Kaporali (kontrabas) Toyne Snokart (zərb alətləri) daxildir.

Oktyabrın 25-də burada sənətsevərlər NorveçinHelge Lien trio”sunun ifasını dinləyiblər.

Bakı Caz Festivalı oktyabrın 28-də başa çatacaq.

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.1.