Türkiyəli mütəxəssislər Elmi Bərpa Mərkəzində olublar

   

 

 

Xəbər verdiyimiz kimi, 23-24 oktyabrda Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Həmçinin “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərginin açılışı olub.

Tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn İstanbul Əsgəri Muzeyinin əməkdaşları Ömər Faruk ArslanDinçer Karasoy oktyabrın 26-da Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində olublar.

Qonaqlara Elmi Bərpa Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, mütəxəssislər burada həyata keçirilən bərpa işləri ilə maraqlanıblar. Mərkəzin bərpaçı-rəssamları ilə bu sahədə tətbiq edilən yeniliklər haqqında fikir mübadiləsi aparılıb.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.3.