Yubilyar şairin kitabının təqdimatı

 

Milli Kitabxanada tanınmış şair Qardaşxan Əzizxanlının 60 illik yubileyi münasibətilə nəşr olunmuşİlkim də sən, indim də sən, sonum sən” adlı şeirlər kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində Qardaşxan Əzizxanlı kitab barədə fikirlərini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, kitabda bundan öncə nəşr olunan kitablarından seçmələr – məhəbbət, Vətən, sənət, həyat və dünya haqqında şeirlər toplanıb. Nəşrdə habelə alman şairləri Y.V.Höte və H.Heynedən tərcümələr yer alıb.

Milli Məclisin deputatı, professor Musa Qasımlı, filologiya elmləri doktoru Rüstəm Kamal, tarix üzrə fəlsəfə doktoru Lətif Şüküroğlu, şair Əjdər Ol və başqaları Qardaşxan Əzizxanlının poetik istedadının müxtəlif məziyyətlərindən söz açıblar.

Mərasimdə Xəzər Universitetinin tələbələri, “Zəkalar” liseyinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.4.