Rəqs dili ilə sevgi hekayəsi

 

 

İspaniyanın milli rəqs teatrı Bakı səhnəsində

 

Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının səhnəsində İspaniyanın “Flamenco Live” milli rəqs teatrı “Romeo Cülyettaşou-proqramı ilə çıxış edəcək.

Teatrdan bildirilib ki, U.Şekspirin məşhur əsəri yeni versiyada ispan rəqs dili ilə təqdim olunur. “Flamenco Live” art layihəsində beynəlxalq səviyyəli peşəkar aktyorlar canlı ispan flamenkosu ilə tamaşaçıları riqqətə gətirəcək. Teatr bütün ömrünü “pour flamenco” – orijinal flamenkoya həsr edən ən yaxşı rəqqasları, gitaraçı, vokalçı zərb aləti ifaçılarını öz heyətinə toplayıb. Kollektivin üzvləri bir çox beynəlxalq müsabiqələrin laureatıdır.

Rəqs dili ilə sevgi hekayəsi, ispan flamenkosunun sehrli dünyası, əllərin sehrli hərəkəti, yelpiyin ehtiraslı çırpınması tamaşaçıları isti Əndəlüs sahillərinə aparacaq.

 

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.7.