Azərbaycanlı rəssamın əsərləri Batumidə sərgilənib

Batuminin İncəsənət Muzeyində Paris-Batumi adlı tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsi Əsmər Nərimanbəyovanın sərgisi açılıb.

Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlər nümayiş edilib.

Sərgidə yerli rəssamlar Nino Nijaradze, Ketevan Vaçeşşvili, İrina Toroncadze, Maya Çxoniya Diana Talakvadzenin işləri yer alıb.

Azərbaycanlı fırça ustasının əsərləri sərgidə maraqla qarşılanıb.

Qeyd edək ki, dünya şöhrətli rəssam Toğrul Nərimanbəyovun qızı olan Əsmər Nərimanbəyova Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunudur.

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.8.