Caz ifaçılarımızın Rio-de-Janeyroda konserti olub

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın caz ustadları İsfar Sarabskinin triosu Şəhriyar İmanov Braziliyada konsertlər veriblər. Turnenin son konserti Rio-de-Janeyro şəhərindəki “Blue Note” zalında gerçəkləşib.

Ölkəmizin Braziliyadakı səfirliyindən bildiriblər ki, konsert yerli auditoriya tərəfindən çox böyük maraqla qarşılanıb.

Konsertə Rio-de-Janeyro şəhəri meriyasının nümayəndələri, burada yerləşən Azərbaycan bələdiyyə məktəbinin müəllim şagirdləri, həmçinin yerli caz həvəskarları qatılıblar.

Turne Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə avqustun 21-31-də həyata keçirilib. Konsertlər yerli SESC TV kanalı tərəfindən lentə alınaraq ölkənin müxtəlif televiziya və radiolarında yayımlanacaq.

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.4.