Aşıq Şəmşirin yubileyinə həsr olunmuş ədəbi-bədii gecə

 

 

Balakən rayon MKS-nin Mərkəzi kitabxanasında Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə əlaqədar tədbir keçirilib.

Soruşuram o dağlardan boran səni üşüdürmü?” adlı ədəbi-bədii gecəni MKS-nin direktor müavini M.Cuxova açaraq, aşığın həyat və yaradıcılığından Azərbaycan şifahi xalq ədəbiyyatının inkişafı istiqamətində xidmətlərindən bəhs edib.

Tədbirdə “Çeşmə” ədəbi birliyinin Balakən rayonu üzrə nümayəndələri, MKS-nin filial müdirləri, Balakən rayon Heydər Əliyev Mərkəzinin mütəxəssisləri, fəal oxucular və başqaları iştirak ediblər.

Sonda Aşıq Şəmşirin həyat və yaradıcılığından ibarət sərgi və filmə baxış keçirilib.

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.12.