“Ən fəal oxucu” layihəsinin yekun tədbiri

 

 

Sentyabrın 5-də Xəzər rayon MKS-nin Mərkəzi kitabxanasında yay aylarında start verilən “Ən fəal oxucu” layihəsinin yekun tədbiri keçirilib. Layihənin keçirilməsində məqsəd kiçik və ortayaşlı oxucular arasında mütaliəni təşviq etməkdir.

Yekun tədbirdə balaca oxucuların görüşünə tanınmış uşaq yazıçısı Solmaz Amanova gəlib. Tədbirdə yazıçı haqqında məlumat verilib. Qeyd edilib ki, yazıçının  ilk qələm təcrübələri ötən əsrin 70-ci illərində “Ulduz” jurnalında işıq üzü görüb. Əsərlərini Azərbaycan və rus dillərində yazır. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir, çoxsaylı kitabların müəllifidir. “Xanəgah əczaxanası” kitabı Moldovada kitab sərgisində (2014) mükafata layiq görülüb. Yazıçı tibbuşaq ədəbiyyatına verdiyi töhfələrinə görə Avropa Təbii Elmlər Akademiyasının medalları ilə təltif olunub.

Görüş zamanı yazıçı Solmaz Amanova balacalarla maraqlı oyunlar, viktorinalar keçirib. UşaqlarYoutube” səhifəsində yazıçının müəllifi olduğu “İlmənin macəraları” cizgi filminə baxıblar.

Sonda yazıçı kitabxanaya Azərbaycan, ingilisrus dillərində kitabını və diskini hədiyyə edib.

 

Mədəniyyət.- 2018.- 7 sentyabr.- S.5.