Kənd kitabxanasında gənc yazarla görüş

 

 

Sentyabrın 4-də Qusar rayon MKS-nin Gədəzeyxur kənd kitabxana filialında gənc şairə Elvina Cəbrayılova ilə oxucuların görüşü keçirilib.

Kitabxana filialının müdiri Zülfiyyə Tərlanova gənc şairin yaradıcılığı barədə məlumat verib.

Sonra şairə öz şeirlərini oxuyub. Tədbirdə oxucularla müzakirələr aparılıb, gənc şairəyə xatirə hədiyyəsi təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 7 sentyabr.- S.11.