Yazıçı-tərcüməçinin hekayələr toplusu Türkiyədə çap olunub

 

 

 

Tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirlinin hekayələr kitabı Türkiyədə çapdan çıxıb.

AnkaradaTulpars yayın evi” nəşriyyatında işıq üzü görən kitaba müəllifin 20 hekayə və 7 miniatürü daxil edilib. Nəfis tərtibatda kütləvi tirajla buraxılan kitab yazıçının Türkiyədə nəşr olunan ilk kitabıdır. Bundan əvvəl yazarın hekayələri İstanbulda müxtəlif ədəbi almanaxjurnallarda çap olunub.

Əsərləri Türkiyə türkcəsinə Məhəmməd Riza uyğunlaşdırıb. Kitabın tərtibatçısı Biçer Yıldırımdır.

Hekayələr toplusu “İLESAM”-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) dəstəyi ilə nəşr olunub.

 

Mədəniyyət.- 2018.- 7 sentyabr.- S.14.