NəsimifilmiYARAT”da təqdim edilib

 

 

 

“YARAT” Film klubunda görkəmli rejissor Həsən SeyidbəylininNəsimitarixi filmi kinosevərlərə təqdim edilib.

Tədbirin qonağı Xalq artisti Əbdül Mahmudov olub. O, filmin çəkiliş prosesi, yaradıcı mühiti ilə bağlı fikir xatirələrini bölüşüb.

Xatırladaq ki, 1973-cü ildə ekranlara çıxan film Azərbaycan xalqının görkəmli şairi mütəfəkkiri, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının hislərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 600 illiyinə həsr edilib.

Ekran əsəri 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında “Ən yaxşı tarixi film” mükafatına layiq görülüb. Əsas rolun ifaçısı, Xalq artisti Rasim Balayev də mükafatlandırılıb.

 

Mədəniyyət.- 2018.- 7 sentyabr.- S.8.