Belarus ədəbi portalı Nəsimi yaradıcılığı haqqında

 

 

 

BelarusunCîçâó÷èå” ədəbi portalı (sozvuchie.by) Azərbaycan Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şeirlərinə, eləcə də həyat və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.

Məlumatda deyilir ki, görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi həyatını ilahi həqiqət və insan kamilliyi yollarının axtarışına həsr etmiş dahi şəxsiyyətdir. İnsan fəlsəfəsinin hüdudları, intellektual imkanları, şüurun insan təkamülündə rolu, dünyasından sızan İlahi nur şairin yaradıcılığının əsas qayəsi, ana xəttidir.

Qeyd edək ki, bir qədər əvvəl portalın “Azərbaycan poeziyası” rubrikasında dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaradıcılıqlarına həsr olunmuş materiallar dərc olunmuşdu.

 

Mədəniyyət.- 2018.- 7 sentyabr.- S.15.