Urmiyada şeir festivalı keçirilib

 

 

 

İranın Urmiya şəhərində Azərbaycan dilində 13-cü Rəzəvi şeir festivalı keçirilib. Ölkəmizi tədbirdə Azərbaycan Yazıçılar Birliyi (AYB) Xəzər bölməsinin üzvləri Məcid Əsri, Rüstəm TofiqEmin Həvayi təmsil ediblər.

Yazıçılar Birliyindən verilən məlumata görə, Xəzər bölməsinin üzvləri öz şeirlərini oxumaqla yanaşı, Azərbaycan əruz şeirindən söz açıblar.

Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən festivalın təşkilatçıları iki ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından bu cür ədəbi əlaqələrin əhəmiyyətini vurğulayıblar.

Təmsilçilərimiz xarici qonaqlar nominasiyasında qalib elan olunub, mükafata layiq görülüblər.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.15.