Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş elmi simpozium

 

 

Sentyabrın 13-dən 16-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti – Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusumövzusunda beynəlxalq simpozium keçiriləcək.

Tarix İnstitutundan bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ilielan edilməsi haqqında” sərəncamlarına əsasən təşkil olunan simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etməsinin 100 illiyinə həsr edilib.

Tədbirə Azərbaycan, Türkiyə və digər ölkələrdən alimlər qatılacaq. Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələr dinləniləcək.

Tədbirin açılışı sentyabrın 13-də AMEA-nın əsas binasının dairəvi zalında olacaq.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.15.