“Mədəniyyətlərin qovuşduğu məkan”

 

 

Rusiyanın Murmansk şəhərində “Mədəniyyətlərin qovuşduğu məkan” adlı çoxjanrlı festival keçirilib. “Gəlin, bir-birimizi anlamaqdostluq etmək üçün Rusiya xalqlarının mədəni ənənələrini öyrənək və dərk edək!” devizi altında keçirilən festival Murmansk vilayətinin yaradılmasının 80 illiyinə həsr edilib.

Murmanskdakı “Azərbaycan” milli-mədəni muxtariyyəti və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyi də tədbirə qatılıb. Festival iştirakçıları – müxtəlif musiqi kollektivləri şəhər sakinləri qarşısında çıxış ediblər.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.3.