Müasir Azərbaycan”

 

 

 

Uşaq və gənclər arasında rəsm müsabiqəsi

Bakı Fond Birjasının (BFB) təşəbbüsü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “YARAT” Müasir İncəsənət Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “İnvest-Azİnvestisiya şirkətinin dəstəyi ilə “Müasir Azərbaycan” mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsi keçirilir.

Bakı Fond Birjasının sosial məsuliyyətlilik layihəsi çərçivəsində keçirilən sərginin məqsədi istedadlı gənclərin və yeniyetmələrin aşkarlanması, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasından ibarətdir.

Təqdim olunan əsərlər peşəkar rəssamlar və sənətşünaslar tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.

Müsabiqənin sonunda seçilmiş əsərlərdən ibarət sərgi açılacaq.

İştirak üçün namizədlərin qeydiyyatı və əsərlərin qəbulu sentyabrın 10-dan oktyabrın 31-dək davam edəcək.

Daha ətraflı məlumatı BFB-nin saytından əldə etmək olar.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.12.