Azərbaycanlı dirijor beynəlxalq müsabiqədə ikinci yeri tutub

 

 

 

Bakı Kamera Musiqi OrkestrininMünxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin (Almaniya) baş dirijoru Fuad İbrahimov Parisdə “Radio France”, “France musique”, “L’orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

Münsiflər heyətinin rəyinə əsasən, müsabiqənin finalında iştirak edən dörd namizəddən Fuad İbrahimov, Dmitri Filatov bərabər səviyyəli rəqiblər kimi dəyərləndirilib və onların hər ikisi 2-ci yerə layiq görülüb. Birinci yer üzrə isə mükafatlandırmanın olmamasına qərar verilib. Digər iki namizəd Haoran LiWilson NG müsabiqənin diplomu ilə təltif olunublar.

Sonda müsabiqənin təsisçisi Marina Bouer çıxış edərək layihənin tərəfdaşlarına təşəkkürünü bildirib: “Tərəfdaşlarımıza, xüsusilə də Heydər Əliyev Fonduna müsabiqənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Fuad İbrahimovun namizədlik dosyesi Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunmuşdu. O, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinə 350 namizəd arasından seçilib.

 

“Əsər çətin olsa da, öhdəsindən gələ bildim

 

Müsabiqə çox maraqlı idi. Bu müsabiqə mənə bir həyat dərsi oldu. Təcrübə nöqteyi-nəzərindən deməzdim, çünki kifayət qədər təcrübəm var. Amma həyat dərsi kimi çox yaxşı oldu. Sanki özümü yenidən tanıdım. Bəzi fikirlərə qalib gəlmək baxımından çox maraqlı oldu.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Fuad İbrahimov deyib. O, müsabiqədə iştirakına göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

“Özümə tənqidi yanaşdığım üçün həmişə nəticələrdən razı qalmıram. Buna görə də heç vaxt gözlədiklərimə nail olmadığımı düşünürəm. Amma bu müsabiqədə əlimdən gələni əsirgəmədim”, - deyə dirijor vurğulayıb.

Fuad İbrahimov deyib ki, müsabiqədə üçüncü tur üçün 18 əsər təqdim edilmişdi. Namizədlər onlara yaxın olan əsərləri seçə bilərdilər. Professional yanaşma etməyə çalışdım. Üçüncü tur üçün müxtəliflik olsun deyə əsərləri klassik, romantikmüasir dövrlərə uyğun seçdim. Volfqanq Amadey Motsartın “41-ci (Yupiter) simfoniyası”, Sezar Frankın “Reminor simfoniyası” və Bela BartokunFortepianoorkestr üçün 3 saylı konsert” əsərlərinə dirijorluq etdim. B.Bartokun əsəri ən çətin əsərlərdən biri idi, amma öhdəsindən gələ bildim”.

 

Fuad İbrahimov dirijor kimi böyük enerjiyə malikdir

 

Fuad İbrahimov B.Bartokun əsərini son dərəcə gözəl təqdim etdi. Onun istedadına heyran oldum. Namizədlik üçün göndərdiyi videoda bunu artıq görmüşdüm. F.İbrahimov musiqinin tələb etdiyi və hər kəsdə olmayan böyük enerjiyə malikdir. Hətta münsiflər heyətində bir nəfər bildirdi ki, əgər o belə davam etsə, tab gətirməyəcək. Ancaq mən dedim ki, o, çox möhkəmdir. Bunun öhdəsindən əla gələcək. Nəticə bunu bir daha təsdiqlədi.

Bu fikri isə müsabiqənin bədii direktoru Röne Körinq bildirib.

O diqqətə çatdırıb ki, müsabiqəyə 350 namizəd öz dosyesini təqdim etmişdibu qədər namizəd arasında qalib gəlmək gərgin zəhmətin bəhrəsidir.

R.Körinq müsabiqədə iki 2-ci yerin olması ilə bağlı bildirib ki, iki nəfər arasında tərəddüd yarananda, yəni rəqabət güclü olanda, birinci yer olmur və hər iki namizədə 2-ci yer verilir. Beləliklə, ədalətli qərar qəbul edilir.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.9.